×
Who we are

Satış Mühəndisinin İnkişaf Proqramı – 2018

September 24, 2018

24 və 25 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki JW Marriott otelində, Baş Ofisin Global Satış şöbəsi tərəfindən AMEC və MEEC Komandası ilə birlikdə satış üzrə bütün qabaqcıl mühəndislərimiz üçün dolğun və məzmunlu bir tədris proqramı təşkil edildi. Tədris proqramı satış üzrə mühəndislərimizin bilik və bacarıqlarını artırmaq, habelə mühəndislərimizin bütün Ticarət və Yaşayış müştərilərimiz üçün fərdi həllərin tapılması üzrə bilik və bacarıqlarını artırmaq məqsədi daşıyırdı. Kompleks təlim proqramı, satış üzrə nümayəndələrimizə məhsul barədə məlumatlı olmaq, mühəndislik, müştəri xidməti, satış və marketinq, satış sonrası xidmətlər, qiymət qoyma, strateji hesabların idarə edilməsi və sairə daxil olmaqla,biznesin bütün aspektləri ilə tanış olmağa imkan vermişdir.