KEYFİYYƏT SİYASƏTİ
Biz öz işinə sadiq rəhbərlik, davamlı inkişaf və təkmilləşdirmə, əməkdaşların rifahının yüksəldilməsi, tədarükçülərin inkişafı və tanınması, sosial məsuliyyəti yerinə yetirmək, bütün müvafiq qaydalara və qanuni tələblərə riayət etmək vasitəsilə dünya səviyyəli məhsul və xidmətlər təqdim etməklə müştəri məmnuniyyətini yüksəltməyə çalışırıq.
VƏZİFƏLƏR –
- Qüsursuz məhsullar təhvil vermək və məhsulları beynəlxalq sənaye standartları səviyyəsinlə xidmət göstərmək.
- Müştərilərin tələblərinə əsasən onları məhsul və xidmətlərlə təmin etmək.
- Müştəri məmmuniyyətinin daim inkişafi.
İŞ SAĞLAMLIĞI VƏ TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ
Effektiv əməliyyat nəzarəti prosedurları tətbiq etməklə, işçilərimizin sağlamlığına, tərəfdaşdaşlarımıza xəsarət yetirməyə səbəb ola biləcək hər növ hadisələrin qarşısını almağa və Liftlər, Eskalatorlar, Hərəkətli yol lentləri, Mətbəx liftlərinin quraşdırılması, onlara texniki xidmət və onların modernləşdirilməsinə yönəlmiş iş fəaliyyətlərimiz və xidmətlərimiz nəticəsində baş verən ətraf mühitin çirklənməsinin qarşısını almağa tam sadiqik.
PRİNSİPLƏR VƏ VƏZİFƏLƏR –
- İşçilər arasında “Əvvəlcə Təhlükəsizlik” mədəniyyətini tətbiq etməklə, işçiləri işimizlə əlaqəli hər cür istehsalat qəzasından qorumaq.
- Qəza hallarının sıfıra endirilməsinə nail olmaq məqsədilə işçilər və subpodratçılar üçün təhlükəsiz əmək şəraiti yaratmaq və bütün qanunvericilik aktlarının və digər normativ tələblərin yerinə yetirilməsini təmin etmək.
- Ətraf mühitin idarə olunması Sistemi (EMS) və Peşə Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi (OHSMS) tələblərinin təşkilatın bütün aspektlərinə/funksiyalarına inteqrasiyasını təmin etmək və SƏTƏM hədəflərinə çatmaq üçün təşkilatın işçiləri və maraqlı tərəfləri resurslar və imkanlar ilə təmin etmək.
- İş fəaliyyətini həyata keçirərkən ətraf mühitə minimal təsir göstərilməsinin təmin edilməsi. Ətraf mühitin idarə olunması Sisteminin (EMS) davamlı yaxşılaşdırılması istiqamətində işləyərkən, ətraf mühitin çirklənməsinin səbəblərini və aspektləri təhlil etmək.
- Daimi təkmilləşməyə yardım etmək məqsədilə SƏTƏM sahəsində fəaliyyətə mütəmadi olaraq effektiv nəzarət, dövri yoxlamalar/auditlər vasitəsilə izlənilməlidir.
- Əməkdaşlar və ya işçi nümayəndələrini SƏTƏM İdarəetmə Sisteminin tərkib hissəsi etmək və SƏTƏM İdarəetmə Sisteminin səmərəli tətbiqinə töhfə vermək məqsədilə əlverişli iş mühitinin təmin edilməsi.
- SƏTƏM idarəetmə sistemi ISO 45001: 2018 və ISO 14001: 2015 tələblərinə uyğun olaraq qurulur, sənədləşdirilir və saxlanılır.
ISO SERTİFİKATLARI