Təşkilat bütün əməkdaşlarında məhsuldar təlim və öyrənmə mədəniyyəti yaratmaq üçün onların biznes bacarığı və vərdişlərinin inkişaf etdirilməsi üzrə imkanlar yaratmağa başlamışdır. Fərqli rollar üzrə müəyyən edilmiş təlim ehtiyaclarından çıxış edərək İnsan Resursları (Kadrlar) qrupu “Yüksək Təsirli Təqdimat” mövzusunda iki günlük təlim sessiyası təşkil etdi. Təşkilatın 22 nəfər əməkdaşı həmin təlim sessiyasında iştirak etdi. İştirakçılar öz təqdimatlarının video yazısının təqdimatın çatdırılma üslubu, keyfiyyət və məzmununun qiymətləndirilməsi baxımından necə təhlil olunduğunu bəyəndilər. Videolar təlim sessiyası iştirakçılarının bir birindən rəy almaları işinə də kömək etdi.